This is a specific ad

Təxribat törədən erməni hərbçilər MƏHV EDİLDİ

87

Another advertisement

Bildirdiyimiz kimi, bu gün, aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. 

QafqazTürk.com xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb.

Hazırkı məlumata görə, təxribata əl atan Ermənistan tərəfi də itkilər verib. Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, sərhəddə baş vermiş atışma zamanı erməni hərbçiləri arasında ölənlər və yaralananlar var.

Rəsmi məlumatda itki sayı ilə əlaqədar konkret rəqəm açıqlanmayıb. Lakin sosial şəbəkələrdə Ermənistanın 3 hərbçisinin öldüyü, xeyli sayda yaralının olduğu bildirilib. Bəzi teleqram kanallarında isə ölü sayının daha çox olduğu qeyd edilib. 

Təxribat zamanı Ermənistanın xüsusi təyinatlı ordu korpusunun komandiri Armen Qyozalyan da yaralanıb.

Kateqoriya: Dünya
Sonrakı yazı
SOCAR və Türkiyə şirkəti Avropaya qaz satmaq üçün birgə şirkət yaratdı
Öncəki yazı
Ermənistan tərəfinin təxribatı nəticəsində Azərbaycan hərbçiləri şəhid olub – Yaralılar var