Another advertisement
Çində tərəvəz bazarında baş verən yanğında 8 nəfər həlak olub.
QafqazTürk Media xəbər verir ki, bu barədə KİV məlumat yayıb.
“Yaralılar xəstəxanaya çatdırılıb və onların həyatları hazırda təhlükə altında deyil”, – Çin Mərkəzi Televiziyası bildirir.
Çinin Zhangjiakou şəhərində baş verən yanğın nəticəsində 15 nəfər xəsarət alıb.
Yanğının baş vermə səbəbləri araşdırılır.