Another advertisement
Gürcüstan hökuməti tələbələr üçün ödənişli təcrübə proqramı hazırlayıb.
QafqazTürk Media xəbər verir ki, bu barədə Hökumət administrasiyası məlumat yayır.
Administrasiyanın məlumatına görə, baş nazir İrakli Kobaxidze hökumət üzvləri ilə görüşdə layihənin detallarını, müsabiqə şərtlərini, vaxtını və seçim meyarlarını müzakirə edib.
“Hökumət başçısı aydın rəqabət meyarlarının müəyyənləşdirilməsinin vacibliyini vurğuladı. Onlar təmin olunarsa, gənclərə ödənişli təcrübə keçmək imkanı yaradılacaq.
Layihənin təfərrüatlarının təqdimatı yaxın vaxtlarda keçiriləcək, bundan sonra müsabiqə elan olunacaq. Proqram 3000-dən çox tələbəyə dövlət qulluğunda ödənişli təcrübə keçmək imkanı verəcək”, – hökumət administrasiyasının yaydığı məlumatda qeyd olunur.