“Qeyri-gürcü dilli sektorun müəllimləri 2025-2026-cı tədris ilinin sonuna qədər təcrübəçi statusunu qoruyacaq”
QafqazTürk xəbər verir ki, bu barədə Təhsil və Elm Naziliyi məlumat verir.
“Qeyd edək ki, qeyri-gürcü dili sektorunun müəllimlərinə həm fənn biliklərinin dərinləşdirilməsi, həm də gürcü dilini bilmə səviyyəsinin yüksəldilməsi istiqamətində əlavə hazırlıq kursları təklif olunacaq. Bununla belə, dəyişikliyə uyğun olaraq, 2025-2026-cı tədris ilinin sonuna qədər onlar fərmanda nəzərdə tutulmuş və təcrübəçi müəllimlərin yararlandığı şəraitdən istifadə edəcəklər.
Burada xatırladırıq ki, Gürcüstanın Təhsil və Elm Nazirliyi yayda başa çatacaq müəllim portfoliolarının qiymətləndirilməsi prosesini həyata keçirir. Qiymətləndirmənin nəticələrinə əsasən, müəllimlərə 2023-cü il sentyabrın 1-dək müvafiq (aparıcı və ya mentor) statusu veriləcək”, – məlumatda deyilir.