This is a specific ad

Təhsil Nazirliyi prezidentin məktəblərlə əlaqədar açıqlamasına münasibət bildirib

299

Another advertisement

Prezident Salome Zurabişvilinin məktəblərdə uşaqların şəxsi məlumatlarını konkret məqsədlər üçün toplanıldığına dair açıqlamasını Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi  təkzib edir.

QafqazTürk Media xəbər verir ki, Nazirliyin  yaydığı məlumata görə, bu cür dezinformasiyaların yayılması təhsil sistemini nüfuzdan salmaq məqsədi daşıyır.

“Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi bəyan edir ki, Salome Zurabişvilinin məktəblərdə uşaqların şəxsi məlumatlarının konkret məqsədlər üçün toplanması kimi yaydığı məlumat yalandır və həqiqətə uyğun gəlmir.

Bu cür dezinformasiyanın yayılması sırf təhsil sistemini gözdən salmaq məqsədi daşıyan düşünülmüş bir hərəkətdir.

İctimaiyyətin nəzərinə çatdırırıq ki, təhsilin idarəedilməsi informasiya sistemində tələbə məlumatları – şəxsi məlumatlar, onun qiymətləri, cari qiymətləri öz əksini tapır. Bundan əlavə, sistemdə valideynlər və ya qanuni nümayəndələr haqqında məlumatlar göstərilir.

Məktəblər vaxtaşırı olaraq sistemdəki məlumatları, yəni valideyn/qanuni nümayəndə, əlaqə telefonu, e-poçt ünvanı və yaşayış ünvanını yeniləyir.

Bu, zəruri hallarda valideyn/qanuni nümayəndə ilə tez və asan əlaqəni təmin etməyə xidmət edir.

Ümumi təhsilin idarəedilməsi informasiya sistemində məlumatların toplanması, saxlanması, emalı, təhlili və idarə edilməsi Gürcüstanın “Fərdi məlumatların mühafizəsi haqqında” Qanununun tələblərinə uyğun olaraq təhsilin idarə edilməsinin informasiya sistemi tərəfindən təmin edilir.

Təhsilin idarəedilməsi informasiya sistemi Nazirliyin sisteminə daxil olan digər publik hüquqi şəxslərin fərdi məlumatlarını qəbul etmək və onlardan istifadə etmək səlahiyyətinə malikdir.

Biz konkret şəxsləri ictimaiyyəti bilərəkdən çaşdırmağa xidmət edən dezinformasiya yaymaqdan çəkinməyə çağırırıq”, – deyə məlumatda bildirilir.

Məlumat üçün bildirək ki, prezident Salome Zurabişvili öz Facebook səhifəsində yazır ki, məktəblərdə uşaqlardan valideynlərinin şəxsi nömrələri tələb olunur.

 

Sonrakı yazı
“Svetiçxovloba” nə ilə bağlıdır?-Bunu bilirdinizmi?
Öncəki yazı
Avropa İttifaqının xarici işlər nazirləri Gürcüstan məsələsini müzakirə edəcəklər