Peruda dünyanın ən geniş qəbilələrindən biri hesab olunan “Mashco Piro”nun üzvlərinin nadir görüntüləri yayılıb.
QafqazTürk.com xəbər verir ki, qəbilənin görüntülərini “Survival International” paylaşıb.
Qadın, kişi və uşaqlardan ibarət 50-yə yaxın “Mashco Piro” üzvü Las Piedras çayının kənarında müşahidə edilib. İddialara görə, qəbilə üzvləri müvəqqəti sığınacaq qurmaq üçün ağac və budaq toplamaq niyyətində olub.
Araşdırmaçı Tereza Mayo “Mascho Piro” qəbiləsinin ən böyük təcrid olunmuş qəbilə olduğunu bildirib.
“Survival International”, həmçinin qeyd edib ki, Amazon meşələrinin qırılması qəbilənin yaşamına təhdidlər doğurur. Bildirilib ki, ərazidə ağacların kəsilməsi ilə məşğul olan şirkətlərin yük avtomobilləri, mişarlar və digər ağır texnikalar “Mashco Piro” qəbiləsinin sakinləri arasında təşviş yaradır və onların prosesə zorakılıqla reaksiya verməsinə gətirib çıxara bilər. Belə ki, 2022-ci ildə qəbilə üzvləri bir şirkət əməkdaşını oxla qətlə yetirib.
Qeyd edək ki, “Mascho Piro” qəbiləsi ovçu-yığıcılardan ibarətdir və Amazonun ucqar bölgələrində məskunlaşıblar. Qəbilənin ətraf aləmlə təmasdan imtina etməsi məlumdur.
https://youtu.be/QSzbUaJkV_0?si=M59Vmgbqtn763aD4