This is a specific ad

Təbii fəlakət bölgəsində hərbi qulluqçu dünyasını dəyişib

55

Another advertisement

Onidə hərbi qulluqçu təbii fəlakət bölgəsində işləyərkən ürək tutmasından dünyasını dəyişib.

QafqazTürk.com xəbər verir ki,müvafiq məlumatı Müdafiə Nazirliyi yayıb.

“Gürcüstanın Müdafiə Nazirliyi Milli Qvardiyanın 10-cu Ərazi Müdafiə Briqadasının baş təlimatçısı, 1973-cü il təvəllüdlü Temur Xarçilavanın vəfatı ilə əlaqədar dərin hüznlə kədərləndiyini bildirir. 29 avqust 2023-cü il tarixdə “Sorta” tədris mərkəzinin 2-ci tədris kursunun təlimatçısı Oni bələdiyyəsinin Şovi qəsəbəsində xidməti vəzifəsini yerinə yetirərkən və aparılan xilasetmə işləri zamanı çox güman ki, ürək tutmasından dünyasını dəyişib.

“Müdafiə Nazirliyi Temur Xarçilavanın vəfatından bir daha kədərləndiyini bildirir, mərhumun ailəsinə, yaxınlarına və əməkdaşlarına dərin hüznlə başsağlığı verir”, – məlumatda deyilir.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
ირაკლი კობახიძე – ევროკავშირის წევრობისთვის, რეალურად, საქართველო 2030 წლისთვის იქნება მზად
Öncəki yazı
Quyudan “caca” çıxarmaq istəyən iki nəfər dünyasını dəyişib