This is a specific ad

Sərhəd polisinin əməkdaşı həbs edilib

220

Another advertisement

Xüsusi İstintaq Xidməti Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin əməkdaşını keçmiş həyat yoldaşının sağlamlığına zərər vurmaqla hədələmək faktı üzrə həbs edib.

QafqazTürk media xəbər verir ki, bu barədə Xüsusi İstintaq Xidməti məlumat yayıb.

Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs qısqanclıq zəminində həyat yoldaşına aqressiv münasibət bildirib, ondan işdən çıxmasını istəyib və onu şifahi təhqir edib.

“Mövcud münaqişəni əsas götürərək zərərçəkmiş təqsirləndirilən şəxslə boşanıb. Buna baxmayaraq, 24 iyul 2024-cü il tarixdə gecə saatlarında Kobuleti bələdiyyəsinin Çoxisciri kəndində yolda asayiş keşikçisi keçmiş arvadını avtomobillə təqib edərək ondan dayanmasını tələb edib, bundan sonra o, zərərçəkmişə yaxınlaşıb, zərər verəcəyi ilə bağlı təhdid edib. Bundan sonra qadının təhdidin həyata keçirilməsindən dolayı qorxu keçirib”.

Xüsusi İstintaq Xidməti zərərçəkmişlə əlaqə saxladıqdan sonra dərhal araşdırmalara başlayıb. Təcili istintaq və prosessual tədbirlər həyata keçirilib. O cümlədən, zərərçəkmiş şəxs, zərərçəkmişin ailə üzvləri və iş üzrə təmasda olan digər şəxslər dindirilib, istintaq eksperimenti aparılıb və cinayəti açan digər sübutlar əldə edilib, bundan sonra məhkəmənin qərarı ilə hüquq-mühafizə orqanının əməkdaşı həbs edilib.

Xüsusi İstintaq Xidməti Gürcüstan Cinayət Məcəlləsinin  151-ci maddəsinin 2-ci hissəsinin “D” yarımbəndi ilə işin istintaqını davam etdirir.

İttiham qanunla müəyyən edilmiş müddətdə hüquq-mühafizə orqanının əməkdaşına təqdim ediləcək.

Cinayət 3 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
მარნეულის მუნიციპალიტეტის მერიის „ახალგაზრდულმა საბჭომ“ მორიგი სხდომა გამართა
Öncəki yazı
რობერტ კენედი აშშ-ის საპრეზიდენტო არჩევნებში სავარაუდოდ თავის კანდიდატურას მოხსნის და ტრამპს დაუჭერს მხარს – „როიტერი“