This is a specific ad

Şəkər beyin neyronları üçün yağlardan daha təhlükəlidir

267

Another advertisement

Şəkər beyin neyronları üçün yağlardan daha təhlükəlidir

QafqazTürk Media xəbər verir ki, Alman mütəxəssisləri apardıqları tədqiqat nəticəsində belə qənaətə gəliblər.

Mütəxəssislər müxtəlif növ qidalanmanın siçanlarda AgRP neyronlarının fəaliyyətinə təsirini öyrəniblər.

Gəmiricilər yağ və şəkərlə zəngin qida qəbul edib, bundan sonra onların beyin fəaliyyəti təhlil olunub. Əvvəlki fərziyyələrin əksinə olaraq, tədqiqat yüksək yağlı qidanın beyinə əhəmiyyətli mənfi təsirini aşkar etməyib. Bunun əksinə olaraq, sinir fəaliyyətinə ən açıq şəkildə mənfi təsir göstərən sadə karbohidratlar olub.

Nəticə etibarı ilə mütəxəssislər bildirib ki, həddindən artıq şəkər istehlakı beyində enerji balansını pozur,  diabet də daxil olmaqla metabolik xəstəliklərin inkişafı riskini artırır.

Kateqoriya: Dünya, Sağlamlıq
Sonrakı yazı
Qafqaz dağlarında “Brokken kabusu” peyda oldu
Öncəki yazı
Diqqət! Birinci Rustavi ikinci isə Marneulidir- Statistika