ABŞ Maliyyə Nazirliyi işğal altındakı Sxinvalidə fəaliyyət göstərən MRB Banka qarşı maliyyə sanksiyaları tətbiq edib.
QafqazTürk Media xəbər verir ki, MRB Rusiya və Şimali Koreya arasında sanksiyalardan yayınma sxemində iştirak edib.
Xəzinədarlığın bəyanatına görə, MRB Bank Rusiya Mərkəzi Bankı tərəfindən hazırlanmış sxemə uyğun olaraq, sanksiyaya məruz qalmış banklar, Rusiyanın TSMR Bankı, Şimali Koreya Xarici Ticarət Bankı (FTB) və Koreya Kwangson Banking Corporation (KKBC) arasında maliyyə əməliyyatlarını gizlətmək üçün istifadə edilib.
TSMR Bank-ın vitse-prezidenti Dmitri Nikulin MRB-də FTB və KKBC üçün hesablar yaradıb və Şimali Koreya nümayəndələri ilə birlikdə hesabların kreditləşdirilməsini təmin edib.
Əldə olan məlumata görə, bu maliyyə sxemi başqa şeylərlə yanaşı, silah ticarəti və Şimali Koreyaya Rus yanacağının tədarükü üçün istifadə edilib.
“Birləşmiş Ştatlar Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsini dəstəkləyən bu və digər sxemləri aradan qaldırmaq və Şimali Koreyanın beynəlxalq maliyyə sisteminə qeyri-qanuni çıxış təmin etmək üçün əlimizdə olan bütün vasitələrdən istifadə etməkdə qərarlıdır”- bu barədə Dövlət katibinin terrorizm və maliyyə kəşfiyyatı üzrə müavini vəzifəsini icra edən Bredli Smit bildirib.
TSMR Bank kimi, KKBC və FTB da ABŞ Maliyyə Nazirliyi tərəfindən sanksiyaya məruz qalmış idi.