Svanetidə faciə – xilasetmə əməliyyatı davam edir

189

Another advertisement

Svanetidə yanğınsöndürənlər sərhəd polis helikopterinin köməyi ilə Şelda zirvəsində 3 alpinisti Mestiaya çatdırıblar.

QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Alpinistlərin bildirdiklərinə görə, zirvədə olan şəxslərdən birinin qayanın uçması nəticəsində öldüyü ehtimal edilir. Meteoroloji şəraitin pisləşməsi səbəbindən digər 3 nəfər hərəkət edə bilməyib və xilasetmə qrupunun köməyi tələb olunub.

“Xəbərdarlıq daxil olduqdan sonra xilasetmə əməliyyatı planlaşdırılıb, bu əməliyyata sərhəd polisinin helikopteri və fövqəladə halların idarə olunması xidmətinin Sameqrelo-Zemo-Svaneti yanğın-xilasetmə bölməsinin xüsusi vəziyyətlərə cavabdehlik üzrə baş idarəsinin yanğınsöndürənləri cəlb olunub. Qəza nəticəsində dünyasını dəyişən alpinistin meyitinin axtarışları intensiv şəkildə davam etdirilir”, – deyə Daxili İşlər Nazirliyindən bildirilib.

Kateqoriya: Cəmiyyət, Gündəm
Sonrakı yazı
Paris Olimpiya Oyunlarının mükafatçılarına və çempionlarına orden təqdim edilməlidir
Öncəki yazı
Məktəblərdə və uşaq bağçalarında bu tarixdən tədris ili başlayacaq