This is a specific ad

Şuşaya ilk dəfə səyahət edən müəllim: “Sevinc göz yaşlarımı saxlaya bilmədim”

333

Another advertisement

“Mən ilk dəfədir Şuşa şəhərindəyəm. Doğma torpağımıza birinci dəfə ayaq basanda sevinc göz yaşlarımı saxlaya bilmədim”.

QafqazTürk Media xəbər verir ki, Bunu Şuşaya səfər edən Gürcüstan azərbaycanlısı Ramilə Babakişiyeva yerli medialara öz təəssüratlarını bölüşərkən qeyd edib.

O qeyd edib ki, Şuşa təəssüratlarını şagirdləri ilə də bölüşəcək.

“Mən Gürcüstanda yerləşən məktəbdə ibtidai sinif müəllimiyəm. Hər zaman şagirdlərimə Qarabağımız, qədim Şuşamız haqqında məlumat verir, onlara tariximizi öyrədirəm. Şuşa şəhərində yaşadığım hissləri onlara çatdırmaq mənim üçün də qürurverici olacaq”, – deyə o əlavə edib.

Qeyd edək ki, Azərbaycanın Gürcüstandakı Səfirliyinin təşkilatçılığı ilə Gürcüstan Azərbaycanlıları Şuşaya səfər edib.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Tokayev BRİKS-dən imtina edib
Öncəki yazı
Səhiyyə naziri klinikaların akkreditasiyası ilə bağlı açıqlama verib