This is a specific ad

Şuşada kütləvi məzarlıq aşkarlandı – Foto

104

Another advertisement

Azərbaycanın işğaldan azad edilən Şuşa şəhərində kütləvi məzarlıq aşkar edilib.

QafqazTürk xəbər verir ki, kütləvi məzarlıq Şuşa türməsinin ərazisində aşkar olunub. İlkin məlumata görə, qalıqların ən azı 4 nəfərə aid olduğu ehtimal edilir.

“Dövlət Komissiyasının arxivində toplanan məlumatlara əsasən, Şuşa ərazisində bir neçə yerdə kütləvi məzarlığın olduğu barədə məlumatlar var”
Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov jurnalistlərə açıqlamasında deyib.

O, hazırda Dövlət Komissiyasının bununla bağlı araşdırma işləri ilə məşğul olduğunu söyləyib:

“Şuşa şəhəri işğal olunarkən əsir və girov götürülmüş Azərbaycan vətəndaşları burada qeyri-insani şəraitdə saxlanılmışdır. Onlara qarşı çoxsaylı beynəlxalq cinayət hadisələri, humanitar normaların pozulması faktları məlumdur. Burada bizim apardığımız təhlillərə görə, işğal dövründə 360 azərbaycanlı əsir və girov saxlanılıb. Bunlardan 216 nəfəri Dövlət Komissiyası tərəfindən aparılmış danışıqlar nəticəsində azad etmişik. Amma digərlərinin taleyi bu günə qədər məlum deyil. Güman edirik ki, aşkar olunan yeni meyit qalıqları axtardığımız şəxslərə aiddir”.

Sonrakı yazı
NATO-nun baş katibi Ərdoğanın andiçmə mərasimində – ƏTRAFLI
Öncəki yazı
Türkiyə Kosovaya hərbi qüvvə göndərir