Şuşa restoranında Zəfər Günü təntənəli şəkildə qeyd edilib

788

Marneuli bələdiyyəsinin Qaçağan kəndində, Samir Əhmədova məxsus Şuşa restoranında Zəfər Günü təntənəli şəkildə qeyd edilib.

Zəfər Günü restoran rəhbəri, iş adamı və xeyriyyəçi Samir Əhmədovun təşəbbüsü, Gürcüstan Azərbaycanlıları Konqresinin təşkilatçılığı və QafqazTürk Media dəstəyi ilə baş tutub.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndələri, dövlət nümayəndələri, Gürcüstan Azərbaycanlıları Konqresi və QafqazTürk Media nümayəndələri, şəhid ailələrinin üzvləri, ziyalılar və gənclər iştirak ediblər.

Şuşa restoranının rəhbəri Samir Əhmədov gələn qonaqları salamlayıb və təşəkkür edib.

Tədbir Azərbaycan və Gürcüstanın dövlət himnlərinin səsləndirilməsi ilə açıq elan edilib.

Tədbirdə Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov çıxış edərək Azərbaycanın 44 günlük müharibə ilə dünyaya işğalçı qüvvələri necə çıxardığını, heç bir qisas almadan öz ərazi bütövlüyünü təmin etdiyini vurğulayıb. O, artıq qarşı tərəfin də öz səhvini anladığını qeyd edib. Bu gün Azərbaycan və Türkiyənin sülh yolu ilə Ermənistana dənizlərdən-dənizlərə  iqtisadi yol açdığını bildirib.

Konqres sədri Hüseyn Yusubov öz çıxışında Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndələrinə müraciət edərək öz niyyətini bildirib. O, Şuşa ilə eyni taleyi bölüşən Soxumi və digər işğal altında olan ərazilərdə də Zəfər Günü qeyd edəcəklərinə inandığını vurğulayıb.

O, bu gün Qaçağan elində Şuşa restoranında Zəfər bayramının 5 illiyini qeyd etməyin çox böyük sevinc doğurduğunu qeyd edib. Qaçağan elinin qədimdən mədəniyyət mərkəzi olduğunu və nazirlər, diplomatlar yetişdirdiyini vurğulayıb. O, dəvəti qəbul edib gələn hər kəsə öz təşəkkürünü bildirib.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Kamal Xəlilov, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini, Rayon Bələdiyyəsinin komitə sədri Əli Əliyev çıxış ediblər.

Tədbirdə həmçinin iki çağırış parlament deputatı olmuş Ramiz Bəkirov çıxış edib.

O, bu gün xalqımızın qürur günü olduğunu bildirib. Allahdan millətimizə baş ucalığı və qalibiyyət arzulayıb. Ramiz Bəkirov şeirlə çıxış edib.

Məclisdə aşıq Şahbaz tərəfindən aşıq havaları, müxtəlif mahnılar səslənib, rəqslər nümayiş etdirilib.

Məclis üzvləri restoran rəhbəri Samir Əhmədov tərəfindən təşkil edilmiş süfrə arxasında əyləşiblər, Zəfər Günü münasibətilə tort kəsilib.

Yüksək səviyyəli tədbirə görə təşəkkür edirik.

Daha ətraflı video-reportajımızı izləyə bilərsiniz.

 

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Tbilisi Məhkəməsi Mamuka Xazaradze və Badri Japaridzeyə milyonluq girov təyin edib
Öncəki yazı
Dmanisidə qətl hadisəsi baş verib, şübhəli şəxs saxlanılıb