This is a specific ad

Sürücülük vəsiqəsinin alınması prosedurunda yenilik – real nəqliyyatda daha hansı kateqoriyalar imtahandan keçməli olacaq?

757

Another advertisement

Gürcüstan hökuməti artıq Gürcüstanın 2022-2025-ci illər üçün Milli Yol Təhlükəsizliyi Strategiyasının 2024-2025-ci illər üçün fəaliyyət planını təsdiq edib və dərc edib.

QafqazTürk Media xəbər verir ki, sənəddə qeyd olunduğuna görə, sürücülük vəsiqəsi üzrə qəbul imtahanı daha bir neçə kateqoriyalı- “CE”, “DE” kateqoriyalı “C1E”, “D1E” alt kateqoriyalı nəqliyyat vasitələri üçün iki mərhələli olacaq.

Bu o deməkdir ki, sürücülük vəsiqəsi almaq üçün küçədə, real şəraitdə, hətta bu kateqoriyadan olan nəqliyyat vasitələri üçün də praktiki imtahandan keçmək məcburi olacaq.

Planda qeyd edilir ki, bu avtomobillər aşağıdakı bələdiyyələrdə real şəraitdə sınaqdan keçə biləcəklər: Rustavi, Telavi, Qori, Axalçixe, Kutaisi, Saçxere, Ozurqeti, Batumi, Poti, Zuqdidi.

Plana görə, dövlət bunun üçün son tarix kimi 2024-cü ilin 4-cü rübünü müəyyən edib.

 

 

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Dəhşətli qəza: Rikoti tunelində 5 avtomobil toqquşub
Öncəki yazı
Baş Nazirdən mədənçilərə təbrik mesajı…