This is a specific ad

Sürücülük vəsiqəsi almaq istəyənlərin nəzərinə! Sentyabrın 1-dən etibarən…

31

Another advertisement

Sentyabrın 1-dən sürücülük vəsiqəsi üzrə imtahana avtomobilin texniki səmərəliliyi ilə bağlı suallar əlavə olunacaq

2023-cü il sentyabrın 1-dən nəqliyyat vasitəsini idarəetmə hüququ üzrə praktiki imtahanın ikinci mərhələsinin ixtisas tələblərinə nəqliyyat vasitəsinin texniki səmərəliliyi ilə bağlı suallar əlavə olunacaq. Bu suallar Daxili İşlər Nazirinin 598 saylı əmri ilə təsdiq edilib.

Qafqaztürk.com praktiki imtahanlara əlavə olunacaq sualları təqdim edir:

● Mühərrikin soyutma sistemindəki soyuducu səviyyəsinin haradan yoxlanıldığını izahlı şəkildə göstərin;

● Yuyucu su anbarının harada yerləşdiyini göstərin;

●Mühərrikdə tələb olunan yağ səviyyəsinin mövcudluğunu necə yoxlamaq lazım olduğunu izah edin;

● Rezervuarda lazımi səviyyədə əyləc mayesinin mövcudluğunun yoxlanılması qatdasını izah edin;

● Xidmət əyləcinin yoxlanılması qaydasını izah edin;

● Park əyləcinin yoxlanılması qaydasını izah edin;

● Elektrik sükanının yoxlanılma qaydasını izah edin;

● Mühərrikin soyutma sistemində tələb olunan soyuducu suyun mövcudluğunun yoxlanılma qaydasını izah edin;

● Dönüş siqnallarının düzgün işləməsinin yoxlanılma qaydasını izah edin:

● Faraların və reflektorların yoxlanılma qaydasını izah edin:

● Qəza işıq siqnalının işlək vəziyyətdə olub-olmadığının müəyyən etmək qaydasını izah edin:

● Yuyucu mayenin səviyyəsini yoxlama qaydasını izah edin:

● Təkərlərin tövsiyə olunan təzyiqi haqqında məlumatı haradan əldə edəcəyinizi izah edin;

● Təhlükəsiz sürmək üçün təkərlərin ümumi vəziyyətinin yoxlanılması qaydasını izah edin;

● Əyləc siqnallarının düzgünlüyünün yoxlanılma qaydasını izah edin;

●Təkərlərin tövsiyə olunan hava təzyiqinə malik olmasını təmin etmək üçün yoxlanılma qaydasını izah edin;

● Protektorun kifayət qədər hündürlüyünü təmin etmək üçün təkərlərin yoxlanılma qaydasını izah edin;

● Səs siqnalının düzgünlüyünü necə yoxlamaq lazım olduğunu izahlı şəkildə göstərin;

● Mühərrik yağının səviyyəsinin harada yoxlanıldığını göstərin;

● Əyləc mayesi anbarının yerini göstərin;

Daxili İşlər Nazirliyinin Xidmət Agentliyindən verilən məlumata görə, “B” kateqoriyalı avtonəqliyyat vasitəsini idarə etmək hüququ üzrə keçirilən qəbul imtahanı üçün 20 sual müəyyən edilib ki, bu sualdan sürücülüyə namizədə 2 tapşırıq veriləcək. İmtahana əyani nümayiş və ya şifahi/sərbəst izahat vasitəsilə suallara cavab verə biləcək.

Məlumata görə, sürücü namizəd verilən tapşırığı yerinə yetirə bilməsə, bu, kiçik səhv hesab olunacaq.

“Daxili İşlər Nazirliyinin Xidmət Agentliyi Gürcüstanın Avropa İttifaqı ilə Assosiasiya Sazişindən irəli gələn öhdəlikləri yerinə yetirməkdə davam edir və Gürcüstanın “Yol hərəkəti haqqında” Qanununa edilmiş dəyişikliklərə uyğun olaraq, sentyabrın 1-dən etibarən “C” və “D” kateqoriyalı və “C1” və “D1” yarımkateqoriyalarına aid olan nəqliyyat vasitələrinin idarə olunması üzrə qəbul imtahanının praktiki hissəsi iki mərhələdən ibarətdir. Dəyişikliyə əsasən, sürücülüyə namizəd praktiki sınaq imtahanının (sahə) birinci mərhələsindən uğurla keçdikdən sonra real yol şəraitində sınaq imtahanından keçməyi nəzərdə tutan ikinci mərhələyə keçəcək”, – deyə xidmət qurumundan bildirilib.

Xatırladaq ki, 2022-ci il aprelin 25-dən “B” və “BE” kateqoriyalı nəqliyyat vasitələrini idarəetmə hüququ üzrə məqbul praktiki sınaq imtahanları iki mərhələli olub.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
მართვის მოწმობის მისაღებ გამოცდას, 2023 წლის 1-ელი სექტემბრიდან, მანქანის ტექნიკურ გამართულობასთან დაკავშირებული კითხვები დაემატება
Öncəki yazı
Paşinyan: “Azərbaycana sülh sazişi ilə əlaqədar yeni təkliflər vermişik”