Sürücülük imtahanı qaydaları dəyişdi –köhnə qaydalarla sürücülük vəsiqəsini bəzi şəxslər ala bilər.
Oktyabrın 1-dən etibarən Gürcüstanda bəzi nəqliyyat vasitələri üçün sürücülük vəsiqəsi alma qaydaları yenilənib.
“Yol hərəkəti haqqında” qanuna edilən dəyişikliklərə əsasən, CE, DE kateqoriyaları, həmçinin C1E və D1E altkateqoriyaları üzrə sürücülük hüququ almaq istəyənlər artıq ikimərhələli praktiki imtahandan keçməlidirlər. İmtahanın birinci mərhələsi qapalı meydançada, ikinci mərhələ isə real yol hərəkəti şəraitində, Daxili İşlər Nazirliyinin müəyyən etdiyi marşrut üzrə keçiriləcək.
Lakin DİN-in əmrinə görə, 2025-ci il oktyabrın 1-dək qeydiyyatdan keçərək imtahana buraxılmış namizədlər üçün əvvəlki qaydalar qüvvədə qalacaq.