• 04 Mart 2025 21:01

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Sürücülərin nəzərinə! Dəyişikliklər olacaq

ByTürkan Şahverdova

Mar 4, 2025
Another advertisement

Gürcüstanın 11-ci çağırış parlamenti İnzibati Xətalar Məcəlləsinə qanunvericilik orqanının sürətləndirilmiş qaydada baxacağı planlaşdırılan dəyişikliklərin təşəbbüskarı olub.

Qanun layihəsinə əsasən, bir sıra cinayət sanksiyalarının sərtləşdirilməsi nəzərdə tutulur. Dəyişiklik digər məsələlərlə yanaşı, sərxoş halda avtomobil idarə etmək məsələsinə də aiddir.

Qanun layihəsinə əsasən, sərxoş halda avtomobil idarə etməyə yanaşma sərtləşdiriləcək. Mövcud qanunvericiliyə əsasən bu növ cinayətlərə tətbiq edilən cərimə və inzibati həbs müddəti dəyişməz qalsa da, sürücülük vəsiqəsinin dayandırılması müddəti artır.

Daha konkret desək, İnzibati Xətalar Məcəlləsinə nəzərdə tutulan dəyişikliyə əsasən, müəyyən 3 növ inzibati xətaya görə sürücüyə inzibati cərimə tətbiq edilibsə, sürücülük vəsiqəsi ləğv edilibsə və bu cəza müddəti ərzində eyni xəta yenidən qeydə alınıbsa, sürücülük vəsiqəsinin dayandırılması müddəti daha 1 il uzadılacaq.