Sürücü maşını etirazçıların üzərinə sürüb

17

Belqradda sürücü maşınını etirazçıların üzərinə sürüb.

QafqazTürk Media xəbər verir ki, Teleqram kanallarında hadisənin görüntüləri yayılıb.

Bildirilib ki, nəticədə 3 nəfər xəsarət alıb.

Şübhəli şəxs kimi polis 50 yaşlı sürücünü saxlayıb.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, Serbiyada artıq 4 aydır Novi-Sad şəhərindəki dəmiryol vağzalında talvarın çökməsi nəticəsində 15 nəfərin həlak olmasına görə tələbə etirazları keçirilir.

Kateqoriya: Dünya
Öncəki yazı
Tbilisidə Novruz bayramına həsr edilmiş təntənəli tədbir keçirilib