This is a specific ad

Suriyanın müvəqqəti prezidenti ilk beynəlxalq səfərini Səudiyyə Ərəbistanına edir

31

Another advertisement

Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa ilk beynəlxalq səfəri üçün Səudiyyə Ərəbistanına gedib.

QafqazTürk Media xəbər verir ki, bu barədə Əhməd əl-Şaraanın ofisi məlumat yayıb.

Nəşrin məlumatına görə, Suriya prezident administrasiyası X sosial platformasında Əhməd əl-Şaraa və onun xarici işlər nazirinin təyyarənin göyərtəsində çəkilmiş şəklini dərc edib: “Prezident əl-Şaraa və Əsəd əl-Şeybani Səudiyyə Ərəbistanına yola düşür. Bu onların ilk rəsmi səfəridir”.

Xatırladaq ki, Əhməd əl-Şaraa bir neçə gün əvvəl Suriyanın yeni prezidenti təyin edilib. Əhməd əl-Şaraa ölkənin “keçid dövrü”ndə prezident postunu tutacaq.

Kateqoriya: Dünya
Sonrakı yazı
Fevralın əvvəlində mühüm günlərdən keçirik- Astroloqun xəbərdarlığı
Öncəki yazı
Kanada və Meksika ABŞ-dan idxala cavab rüsumları tətbiq edir