Another advertisement
Suriyanın buna gücü çatacaq!
Suriyanın beynəlxalq səviyyədə təklənmək- təcrid olunmaq vəziyyətinə son qoymaq imkanı var.
QafqazTürk Media xəbər verir ki, bu barədə Bəhreyn, Türkiyə, Böyük Britaniya, Almaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, Fransa, İordaniya eləcə də Avropa Birliyi və Birləşmiş Millətlər Təşkilatının (BMT) Suriya üzrə xüsusi nümayəndəsi Qeyr Pedersenin birgə bəyanatında bildirilib.
Bəyanatda qeyd olunub ki, bu misli görünməmiş keçid dövründə Suriya xalqını dəstəkləməyə və onlarla işləməyə hazırdırlar.