This is a specific ad

Suriyada zəlzələdən təxminən üç ay sonra dağıntılar altından sağ qalmış şəxs çıxarılıb.

68

Another advertisement

Suriyada baş verən zəlzələdən təxminən üç ay sonra dağıntılar altından sağ qalmış şəxs çıxarılıb.

Onun necə sağ qaldığı barədə məlumat verilmir. Məlum olub ki, xilas edilənlər müşahidə və reabilitasiya üçün həkimlərə təhvil verilib.

Qeyd edək ki, fevralın əvvəlində Türkiyənin cənub-şərqində, Suriya sərhədinə yaxın Kahramanmaraş əyalətində 7,7 və 7,6 bal gücündə dağıdıcı zəlzələlər baş verib. Zəlzələ qonşu dövlətlərdə, o cümlədən Suriyada da hiss edilib. Mart ayına olan məlumata görə, Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 5,8 min nəfəri keçib. Ümumilikdə, Suriyada zəlzələlər nəticəsində 400 mindən çox insan zərər çəkib. Dağıntılar altından 1,5 min nəfər xilas edilib.

Kateqoriya: Gündəm
Sonrakı yazı
Yaxın qohumları Azərbaycan vətəndaşı olanlara daimi yaşamaq icazəsi verilib
Öncəki yazı
Parlament “Uşaqların Hüquqları Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsini üçüncü oxunuşda yekdilliklə qəbul edib