Another advertisement
Suriya Müdafiə Nazirliyi və təhlükəsizlik qüvvələri ölkənin sahilyanı hissəsinə gedən bütün yolların bağlandığını açıqlayıb.
QafqazTürk Media xəbər verir ki, bu barədə SANA dövlət agentliyi məlumat yayıb.
Hökumət bu addımı Cəblə şəhərində, Latakiya şəhərinin bir sıra bölgələrində və Tartus əyalətinin dağlıq ərazilərində silahlı qarşıdurmaların baş verməsi ilə əlaqədar atıb.
Xatırladaq ki, Suriya təhlükəsizlik qüvvələri ilə Əsəd tərəfdarları arasında şiddətli döyüşlər gedir. Bununla əlaqədar hakimiyyət orqanlarının komendant saatı tətbiq etdiyi də məlumdur. Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şara qarşı tərəfi silahları yerə qoymağa çağırıb.