This is a specific ad

Suriyada son vəziyyət necədir?

57

Another advertisement

Suriyada son vəziyyət necədir?

Prezident ölkəni tərk edib. Hökumətin ordu qüvvələri kütləvi surətdə təslim olub müxalif qüvvələrin tərəfinə keçir.

Bu nə deməkdir?

Hökumətin çöküşü aydın şəkildə görünür.

İran Fələstin və Livandan sonra Suriyada da öz mövqelərini itirdi. Son dəqiqə məlumatları göstərir ki, İran Xarici İşlər Nazirinin Suriyaya roket və dronlar göndərmə təklifi “daldan atılan daş” misalından başqa bir şey deyil, sadəcə qoyub qaçdıqlarını bu sözlər altında gizlətməyə çalışırlar.

Bu məqamda Rusiya S-300 roketlərini gəmilərə yükləyib aradan çıxmağa çalışır. Bu isə o deməkdir ki, Rusiya Aralıq dənizində olan Hərbi Dəniz Donanmasını çıxarmaq niyyətindədir və bu Rusiyanın Aralıq dənizi ilə vidalaşması anlamına gəlir.

Türkiyə dəstəkli Azad Suriya Ordusu sürətlə Dəməşqə yaxınlaşır.

ASO-nun Dəməşqi ələ keçirəcəyini anlayan İsrail və ABŞ dəstəkli Kürdlər isə Deyr Əz Zor şəhərini ələ keçirib və daha da irəliləməyə, daha çox ərazilər ələ keçirməyə can atırlar.

Suriya xəritədən silinir?

Davamı üçün izləmədə qalın.

 

Kateqoriya: Cəmiyyət, Dünya, Gündəm
Sonrakı yazı
“Vladimir Zelenski saziş imzalamaq və bu çılğınlığı dayandırmaq istəyir”-Donald Tramp
Öncəki yazı
Bu gün Respublika meydanında mediaya dəstək aksiyası keçiriləcək