Suriyada atəşkəs razılaşması qüvvəyə mindi

45

Suriyada atəşkəs razılaşması qüvvəyə mindi

Suriya Prezidenti Əhməd əl-Şaraa bəyan edib ki, Suveyda vilayətində atəşkəs rejimi qüvvəyə minib. O, Suriyadakı azlıqların müdafiəsinə sadiq olduqlarını və razılaşmanı pozanların məsuliyyətə cəlb olunacağını bildirib.

Atəşkəs çərçivəsində Dürzilər yaşayan bölgəyə hökumət qüvvələri yerləşdirilib – bu barədə Suriya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, son bir həftədə Suveyda şəhərində və ətrafında dürzilərlə bədəvi döyüşçülər arasında qarşıdurmalar gedirdi. Münaqişənin gedişində İsrail Suriya hökumət qüvvələrinin dürzilərə hücum etdiyini əsas gətirərək, Suriyaya hava zərbələri endirib.

ABŞ-ın Türkiyədəki səfiri Tom Barak bildirib ki, İsrail Baş naziri Benyamin Netanyahu və Suriya Prezidenti əl-Şaraa atəşkəs razılığına gəliblər. Razılaşmanı Türkiyə, İordaniya və digər qonşu ölkələr dəstəkləyir.

Kateqoriya: Dünya, Gündəm, Region
Sonrakı yazı
Gürcüstanda güclü yağış, dolu və külək gözlənilir – xəbərdarlıq verildi
Öncəki yazı
19 iyul tarixinə olan valyuta məzənnəsi məlumdur