This is a specific ad

Suriyada 61 illik Əsəd rejiminin devrilməsindən sonra dövlət bayrağı dəyidirilib

63

Another advertisement

Suriyada 61 illik Əsəd rejiminin devrilməsi ilə bərabər dəyişiklər dalğası da başlayıb. Türkiyə mediasının məlumatına görə, ən köklü dəyişikliklərdən biri dövlət bayrağı ilə bağlı olub.

Məlumata görə, Suriya bayrağı Dəməşqdəki bayraq dirəyindən çıxarılıb və onun yerinə 2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri müxalifətin istifadə etdiyi üç ulduzlu bayraq sancılıb.

Qeyd edək ki, mərkəzində üç qırmızı ulduz olan bayraq yaşıl, ağ və qara rənglərdən ibarətdir. Bu bayraq ilk dəfə 1932-ci ildə qəbul edilib.

 

 

Kateqoriya: Cəmiyyət, Dünya, Siyasət
Sonrakı yazı
“Vergi Məcəlləsi”ndə nəzərdə tutulan dəyişikliklərlə oyun biznesindən alınan gəlir vergisi fiziki və hüquqi şəxslər üçün bərabərləşdiriləcək
Öncəki yazı
DİN-in xidmət orqanı tərəfindən fərdi xidmətlərə görə ödənişlərin məbləği artır