This is a specific ad

Suriya üsyançıları Dəməşqin Bəşər Əsəddən azad edildiyini bildirib

52

Another advertisement

Suriya üsyançıları qeyd edir ki, paytaxt Dəməşq Bəşər Əsəddən azad edilib.

Məlumata görə, Suriya Müdafiə Nazirliyinin rəsmiləri Dəməşqdəki qərargahı tərk ediblər.

Bəşər Əsədin Dəməşqi təyyarə ilə tərk etdiyi də bildirilir.

BBC-nin verdiyi məlumata görə, sosial şəbəkələrdə yayılan görüntülərdə minlərlə məhbus Əsədin müxaliflərinin işgəncələrə məruz qalaraq edam edildiyi bədnam Səidnaya həbsxanasından azad edilib.

Suriya İnqilabı və Müxalifət Qüvvələrinin Milli Koalisiyasına rəhbərlik edən Suriya müxalifətinin lideri Hadi əl-Bəhra Əl-Ərəbiyyəyə açıqlamasında Əsəd rejiminin süqut etdiyini və “Suriya tarixində qaranlıq bir dövrün başa çatdığını” deyib. Onun sözlərinə görə, Dəməşqdə vəziyyət təhlükəsizdir.

“Heç bir repressiya və ya qisas halları və insan hüquqlarının pozulması halları olmayacaq. Xalqın ləyaqəti qorunacaq”, – deyə Hadi Əl-Bəhra bildirib.

Kateqoriya: Dünya, Gündəm
Sonrakı yazı
Parlamentin qarşısında Yeni il yolkasının quraşdırılması işləri aparılır
Öncəki yazı
Baş nazir Gürcü arzusunu tərk edib?-Qaribaşvili açıqlama verib