Suriya prezidenti Əhməd əl-Şaraa Moskvaya səfər edib.
QafqazTürk Media xəbər verir ki, bu barədə KİV məlumat yayıb.
Bildirilir ki, Əhməd əl-Şaraa Kremldə Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparacaq. Görüşdə Suriya və Rusiya arasında ikitərəfli münasibətlər, həmçinin regional və beynəlxalq əhəmiyyətli məsələlər müzakirə olunacaq.
“Reuters”in məlumatına görə, Əhməd əl-Şaraa danışıqlar zamanı Rusiya prezidentindən Suriyanın keçmiş prezidenti Bəşər Əsədi təhvil verməsini rəsmi şəkildə xahiş edəcək.