Suriya prezidenti Əhməd əl-Şaraa yeni keçid hökumətini təyin edib.
QafqazTürk Media xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Nəşrin məlumatına görə, yeni kabinetə keçmiş lider Bəşər Əsədə qarşı müxalifətin nümayəndəsi olan və dinlərarası tolerantlıq və qadınların səlahiyyətlərinin artırılması üçün çalışmış xristian qadın Hindi Kabavat da daxil olmaqla 23 nazir daxildir. Hindi Kabavat Suriyanın sosial məsələlər və əmək naziri təyin edilib.
Hökumətin Baş Naziri olmayacaq. İcra hakimiyyətinə Əhməd Əl-Şaraa rəhbərlik edəcək.