Suriya prezidenti Azərbaycanda səfərdədir

39

Suriya prezidenti Azərbaycana gedib.

Bu barədə Azərbaycan mətbuatı məlumat yayıb.

Suriya Prezidenti Əhməd əl-Şaraanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və xarici işlər nazirinin müavini Fariz Rzayev qarşılayıblar.

Məlumatlara görə, Əhməd əl-Şaraa Bakıya səfəri zamanı Azərbaycanın Suriyaya qaz nəqli məsələsini müzakirə edəcək.

Bir müddət əvvəl Türkiyənin energetika naziri Alparslan Bayraktar bildirib ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Türkiyənin Suriyaya təbii qaz tədarükündə tərəfdaş şirkət ola bilər.

Kateqoriya: Cəmiyyət, Dünya, Region
Sonrakı yazı
Rəcəb Tayyib Ərdoğan: Türkiyə tarixində yeni səhifə açılıb
Öncəki yazı
Srebrenitsa qətliamından 30 il ötür