Aparılan araşdırma nəticəsində süni intellektin bioloji silah yarada biləcəyi aşkar edilib.
QafqazTürk Media xəbər verir ki, bu barədə “Bloomberg“ nəşrinin dərc etdiyi məqalədə məlumat verilir.
Biokimyaçı Rokko Kasagrande, “chatbot”ların bioloji silah yaratmağa kömək edə biləcəyini açıqlayıb. Alim və komandası bioterrorçular adı altında süni zəkanın imkanlarını tədqiq etmək üçün təxminən 150 saat vaxt sərf edib və bu zaman müəyyən olunub ki, “chatbot”un biosilahlarla bağlı verdiyi cavablar adi axtarış nəticələrindən tamamilə fərqlənir.
Süni zəka Kasagrande və onun komandasına biosilahlardan istifadənin ən təsirli yolu, eyni zamanda hansı hava şəraitində onlardan istifadə etməyin daha yaxşı olduğu barədə ətraflı məlumat verib.
Məlumat üçün bildirək ki, bundan əvvəl immunoloq Nikolay Kryuçkov qeyd etmişdi ki, bioloji silahların istifadəsi praktiki olaraq istisna edilir, çünki onlar, onlardan istifadə edən tərəf üçün də təhlükə yaradır.