Çinin “Robot Era” şirkətinin hazırladığı hündürlüyü 1,71 metr, çəkisi isə 65 kq olan insanabənzər robotu çətin ərazidə üstün qaçış qabiliyyəti nümayiş etdirib.
QafqazTürk Media bu barədə dünya mətbuatına istinadən xəbər verir ki, sınaqlar Qobi səhrasında baş tutub.
Məlumata əsasən, sözügedən “Star1” robotu xüsusi idman ayaqqabısı ilə sürəti 34 dəqiqə davam etdirərək saniyədə 3,6 metrə çatdırıb. Qaçış ayaqqabıları “Star1”in ayaqqabısız sınaqlarla müqayisədə göstərdiyi nəticəni xeyli yaxşılaşdırıb.
Qeyd edək ki, “Star1” robotunun əsas xüsusiyyəti onun çətin ərazi üzərində hərəkət edərkən ağırlıq mərkəzini və “əzalarını” effektiv şəkildə idarə etmək qabiliyyətidir. Mühəndislər robotu sərt səthlərdə işləyərkən hissələri əlaqələndirən mükəmməl birləşmə sistemi ilə təchiz ediblər.