This is a specific ad

“Sülh körpüsü”nün bərpası başa çatıb – ƏTRAFLI

51

Another advertisement

“Sülh körpüsü”ndə bərpa işləri yekunlaşıb.

QafqazTürk xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze paytaxt hökumətinin iclasında bildirib.

Kaladzenin qeyd etdiyi kimi, körpünün bərpası prosesi xarici və gürcü mütəxəssislərin fəal nəzarəti altında həyata keçirilib.

“Biz “Sülh körpüsü”nün bərpa işlərinə başlamışdıq. Körpü bərbad vəziyyətdə idi, təmirə ehtiyac var idi. Hazırda uzunluğu təxminən 200 metr olan piyada körpüsünün zədələnmiş hissələrinin bərpası və möhkəmləndirilməsi işləri artıq yekunlaşıb. Körpünün asma hissələri bərpa edilib, bunun üçün xüsusi konstruksiyalar qurulub, deformasiyaya uğramış pilləkənlər təmir edilib. Bundan əlavə, Kür çayının sol sahilindəki körpünün zədələnmiş dayağı bərpa edilib. Bu gün “Sülh körpüsü” hər cəhətdən təhlükəsizdir və işlər yekunlaşıb. Yaxın aylarda görüləcək yeganə şey körpüdə yeni işıqların quraşdırılmasıdır”, – deyə Kaxa Kaladze bildirib.

Onun sözlərinə görə, bərpa işlərinin ümumi dəyəri 1 milyon 400 min lari təşkil edib.

Sonrakı yazı
„მშვიდობის ხიდის“ რეაბილიტაცია დასრულდა
Öncəki yazı
Cuanşer Burçuladze Böyük Britaniyanın İxracat naziri ilə görüşüb