Another advertisement
Sudan ordusu və Çevik Reaksiya Qüvvələri danışıqlarda iştirak etmək üçün öz namizədlərini müəyyənləşdirib.
QafqazTürk TASS-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Sudandakı nümayəndəsi bildirib.
“Həm ordu, həm də xüsusi təyinatlılar dialoqa əvvəlkindən daha çox açıqdır. Tərəflər arasında danışıqlar Cənubi Sudanda və ya Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilə bilər. Görüşün tarixini hələ bilinmir.” – BMT-nin Sudandakı nümayəndəsi bildirib.
Qeyd edək ki, aprelin 15-dən Sudanda xüsusi təyinatlı qüvvələrlə nizami ordu bölmələri arasında döyüşlər gedir. Sudanın səhiyyə naziri ölkədəki qarşıdurmalarda ölənlərin sayının 600 nəfərə çatdığını vurğulayıb. Məlumata görə, 4 minə yaxın insan yaralanıb.