This is a specific ad

Sudanda tərəflər müvəqqəti atəşkəs barədə razılığa gəliblər

88

Another advertisement

Sudanda döyüşən tərəflər bazar ertəsi gecə yarısı qüvvəyə minən müvəqqəti atəşkəs barədə razılığa gəliblər. Müxtəlif mediada yayılan məlumatlara görə, tərəflər hələlik razılaşmanı saxlayırlar.

Bu, əvvəlki ikisi uğursuz olsa da, bu ay üçüncü atəşkəs razılaşmasıdır. Son məlumatlara görə, aprelin 15-dən bəri ən azı 400 nəfər ölüb.

ABŞ dövlət katibi Entoni Blinkenin sözlərinə görə, ordu ilə paramilitar Çevik Dəstək Qüvvələri (RSF) arasında hərbi əməliyyatlarda 72 saatlıq fasilə razılaşdırılıb.

Paytaxt Xartumda toqquşmalar baş verdikdən, ərzaq və su ehtiyatlarının tükənməsinə baxmayaraq yerli sakinlərə evdə qalmaları bildirilib. Partlayışlar həmçinin su borularını zədələyib.

Atəşkəslə eyni vaxtda müxtəlif ölkələr, o cümlədən Gürcüstan Sudanda qalan vətəndaşlarını geri çəkməyə başlayıb. Yerli əhali də paytaxtı tərk etməyə çalışır.

Sudanda toqquşmalar 

 2023-cü ilin 15 aprel tarixində günorta saatlarından etibarən əsasən ölkə paytaxtı Xartum şəhərində Sudan Silahlı Qüvvələri və Çevik Dəstək Qüvvələri arasında başlamış hərbi toqquşmalar baş verdi. Döyüşlər hərbiləşdirilmiş Çevik Dəstək Qüvvələrinin (RSF) əsas hökumət obyektlərinə hücumları ilə başlayıb. İlk olaraq Xartumda partlayışlar və atışma səsləri eşidilib.

Sudanda baş verən sonuncu ölümcül zorakılıq hallarının kökündə ölkədə iki yüksək hərbçi arasında gedən güc uğrunda mübarizə dayanır: onlardan biri Sudanın lideri general Abdel Fattah al-Burhan, digəri isə onun müavini general Mohamed Hamdan Dagalo-dur.

Sudan Silahlı Qüvvələrinə rəhbərlik edən ölkənin faktiki lideri Abdel Fattah al-Burhan və Çevik Dəstək Qüvvələrinin komandanı Mohamed Hamdan Dagalo arasında Sudan televiziyasının qərargahına, Prezident Sarayına, Xartum Beynəlxalq Hava Limanına və ordu rəisinin rəsmi iqamətgahına nəzarət etmək uğrunda şiddətli döyüşlər aparırlar. Hər iki tərəf sözügedən obyektlərdəki nəzarətin özlərinə aid olduğunu elan ediblər.

BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) üç əməkdaşı Sudanda xüsusi təyinatlı qüvvələrlə ordu birləşmələri arasında toqquşmalar zamanı həlak olub. Bunun ardınca Ümumdünya Ərzaq Proqramı xüsusi təyinatlı qüvvələrlə ordu birləşmələri arasında toqquşmaların davam etdiyi Sudanda fəaliyyətini dayandırıb.

Sonrakı yazı
ABİTURİENTLƏRİN NƏZƏRİNƏ! – YENİLİK VAR
Öncəki yazı
XİN: Gürcüstan vətəndaşlarının Sudandan təxliyəsinin birinci mərhələsinin başa çatıb