This is a specific ad

Sudanda aclıqdan əziyyət çəkən insanlara kömək ediləcək

171

Another advertisement

Birləşmiş Ərəb Əmirlikləri BMT-nin Uşaq Fondu (UNICEF) ilə Sudana təcili ərzaq yardımı üçün 7 milyon dollarlıq müqavilə imzalayıb.

QafqazTürk Media bu barədə xarici mediaya istinadən xəbər verir.

Qeyd olunub ki, 6 milyon dollar Sudan üçün, 1 milyon dollar isə Cənubi Sudan üçün nəzərdə tutulub. Vurğulanıb ki, hazırda adı çəkilən ölkədə 24,7 milyon insan ərzaq çatışmazlığından əziyyət çəkir.

Bundan başqa Sudanda 13 milyona yaxın insan evlərindən didərgin düşüb, onların 10 milyondan çoxu Sudan daxilində səpələnib, 2 milyondan artıq insan isə qonşu ölkələrdə sığınacaq axtarır. Donorlar tərəfindən Sudan üçün Humanitar Müdaxilə Planının yalnız 26 faizi, səhiyyə yardımı proqramının isə 36 faizi maliyyələşdirilib.

Kateqoriya: Dünya
Sonrakı yazı
Rusiyada radardan itmiş helikopterin qalıqları tapılıb
Öncəki yazı
“İstixanalardan gürcü tərəvəzləri” – dövlət yeni proqrama başlayır