Strasburq məhkəməsi Rusiyaya qarşı: Gürcüstana 253 milyon avro kompensasiya ödənməlidir

54

“Davam edən işğal” işi üzrə Rusiyaya Gürcüstanın xeyrinə 253 milyon avrodan çox kompensasiya ödəmək öhdəliyi qoyulub. Qərar bu gün Strasburq məhkəməsi tərəfindən elan edilib. QafqazTürk xəbər verir ki, bu barədə “Gürcüstan hökumətinin Ədliyyə Nazirliyi məlumat yayıb.

2025-ci il oktyabrın 14-də Strasburq məhkəməsi “Gürcüstan Rusiyaya qarşı (IV)” adlı “davam edən işğal” işi üzrə kompensasiya ilə bağlı qərar qəbul edib. Məhkəmə Gürcüstan hökumətinin təqdim etdiyi kompleks hüquqi mövqeyi və sübutları bölüşüb və nəticədə Rusiya Federasiyasına Gürcüstanın zərər çəkmiş 29 000-dən çox vətəndaşının xeyrinə 253 018 000 avro ödəmək öhdəliyi qoyulub.

Məlumatda qeyd edilir ki, bu iş üzrə 2024-cü il aprelin 9-da qəbul edilən qərarla Rusiya işğal olunmuş ərazilərdə və işğal xətti boyunca Gürcüstan əhalisinə qarşı kütləvi təzyiqlər, həbslər, hücumlar, qətllər və bu kimi hallara rəsmi dözümlülük praktikasına görə tam məsuliyyət daşıyır. Bu hallar Gürcüstan ərazilərinin işğalı və “sərhədlərin çəkilməsi” (bordarizasiya) prosesi fonunda baş verib.

”Bu günkü qərar Rusiyaya qarşı qazanılmış tarixi işlərin məntiqi davamıdır. “Gürcüstan Rusiyaya qarşı (I)” – yəni “deportasiya olunanlar işi” çərçivəsində, hansı ki, Rusiyadan gürcülərin kütləvi şəkildə çıxarılması ilə bağlı idi, Strasburq məhkəməsi etnik gürcülərin kütləvi deportasiyası və insan hüquqlarının kobud şəkildə pozulmasına görə Rusiya Federasiyasına 10 milyon avroya qədər kompensasiya ödəmək öhdəliyi qoymuşdu. Həmçinin, ictimaiyyətə yaxşı məlum olan “Gürcüstan Rusiyaya qarşı (II)” – “2008-ci il avqust müharibəsi işi” üzrə qərarda, avqust müharibəsi və ondan sonrakı dövrdə Gürcüstan vətəndaşlarına qarşı törədilmiş kütləvi pozuntulara görə Rusiya Federasiyasına 130 milyon avroya qədər kompensasiya ödəmək öhdəliyi müəyyən edilmişdi.

Qeyd edək ki, Rusiya Federasiyası artıq Avropa Şurasının üzvü olmasa da, qərarların icrası ilə bağlı hüquqi öhdəlik daşıyır və hər gecikmiş gün üçün müvafiq cərimə tətbiq olunur. Qərarların icrası üzərində iş Avropa Şurası Nazirlər Komitəsi çərçivəsində Gürcüstanın aktiv iştirakı ilə davam etdirilir. Gürcüstan Ədliyyə Nazirliyi sübutların toplanmasında iştirak edən bütün dövlət qurumlarına təşəkkürünü bildirir və bütün Gürcüstan xalqını bu tarixi qələbə münasibətilə təbrik edir,” – deyə bəyanatda qeyd olunur.

Kateqoriya: Gündəm, Siyasət
Sonrakı yazı
Gürcüstan 26 xarici ölkə vətəndaşını deportasiya edib
Öncəki yazı
QHT sektoru yeni qanun layihəsi ilə bağlı: Hökumət hər cür etirazı qadağan etməyə çalışır