Strasburq məhkəməsi “Taqanova və digərləri Gürcüstan və Rusiyaya qarşı” işi üzrə qərar qəbul edib. Qərara əsasən, işğal olunmuş Abxaziya ərazisində mülkiyyət hüquqlarının pozulmasına görə tam məsuliyyəti Rusiyanın üzərinə qoyub.
Sözügedən işdə şikayətçi olan fiziki şəxslərin iddiası işğal olunmuş Abxaziya ərazisindəki mülkiyyətlə əlaqəli məsələlərlə bağlı olub.
“Strasburq məhkəməsinin qərarı bir daha təsdiqlədi ki, Rusiya işğal olunmuş ərazilərdə insan hüquqlarının pozulmasına görə tam məsuliyyət daşıyır, çünki Rusiya hələ də işğal etdiyi Abxaziya ərazisi üzərində effektiv nəzarəti həyata keçirir.
Strasburq Məhkəməsi vurğulamışdır ki, beynəlxalq hüquqa görə, Abxaziya Gürcüstanın ayrılmaz hissəsidir, lakin 1990-cı illərdən etibarən Gürcüstan hakimiyyəti Rusiyanın hərbi, iqtisadi və siyasi müdaxiləsi səbəbindən ona effektiv nəzarət edə bilmir.
“Gürcüstanın işğal olunmuş Abxaziya ərazisi üzərində effektiv nəzarəti həyata keçirə bilməməsinə baxmayaraq, Strasburq Məhkəməsi Gürcüstan hakimiyyətinin Abxaziyada insanların mülkiyyət hüquqlarını qorumaq üçün bütün mümkün və ağlabatan tədbirləri gördüyünü vurğulayıb”, – məlumatda deyilir.