2024-cü ilin yanvarın 1-dən stomatoloji klinikalarüçün yeni standartlar tətbiq olunacaq
Qafqaztürk xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat yayib.
Onların məlumatına əsasən, Nazirlər Kabinetinin üzvləri bugünkü iclasda stomatoloji klinikalar üçün yeni layihəni müzakirə ediblər.
“Səhiyyə Nazirliyinin təşəbbüsü ilə fəaliyyətə başlamaq və fəaliyyət göstərmək qaydaları sərtləşdirilir. Dəyişikliklərin məqsədi pasiyentin təhlükəsizliyini qorumaq və müasir standartlara uyğun xidmət göstərməkdir. Dəyişikliyə əsasən, stomatoloji müəssisələr üçün infeksiyaların qarşısının alınması, nəzarət, sterilizasiya-dezinfeksiya və tibbi tullantıların idarə edilməsi üzrə zəruri meyarlar yenilənib, dəqiqləşdirilib və daha ətraflı yazılıb. Prosesi daha yaxşı idarə etmək üçün müəssisədə infeksiyaya nəzarət üçün məsul şəxsin təyin edilməsi məcburi oldu. Stomatoloji müəssisə altı ayda bir dəfə işçilərin hepatit B-yə qarşı profilaktik immunizasiyasını və hepatit C-yə qarşı skrininqini təmin etməyə görə məsuliyyət daşıyır. Dəyişikliklərlə müəyyən edilən tələblər 2024-cü ilin yanvarından mövcud stomatoloji kabinetlər və klinikalar üçün məcburi olacaq. Yeni qurumlar isə yalnız bu standartları təmin edəcəkləri halda, fəaliyyətə başlaya biləcəklər”-deyə Gürcüstan hökumətinin yaydığı məlumatda qeyd edilir.