Stomatoloji klinikalar üçün yeni öhdəliyin icrası mart ayına qədər təxirə salınıb.
Stomatoloqların fasiləsiz tibb təhsili sisteminə daxil edilməsi və təlimlərə davamiyyəti nəzərdə tutan dəyişiklik yanvarın 1-nə deyil, martın 1-nə təxirə salınıb. Stomatoloji klinikalar martın 1-dən “USQ” adlanan ballarla bağlı yoxlanılacaq.
“Müəssisənin/bölmənin bütün tibb mütəxəssisləri fəaliyyət profilinə uyğun olaraq fasiləsiz tibb təhsili sistemində, habelə fövqəladə halların (o cümlədən allergik reaksiyalar nəticəsində yaranan) idarə edilməsində iştirak etməli və hər il ən minimum 20 USQ balı toplamalıdırlar.
2024-cü ildə alınan ballar 2025-ci il martın 1-dən yoxlanılacaq. 2025-ci il martın 1-dək 2024-cü ildə alınan balları tamamlamaq mümkündür, lakin qeyd olunan ballar 2025-ci ildə alınacaq balların ümumi sayına daxil edilməyəcək”, – hökumətin qərarında deyilir.