This is a specific ad

Stoltenberq: Ukraynalı pilotlara F-16 qırıcılarını idarə etmək üçün təlimlər keçmək NATO-nu münaqişə tərəfinə çevirmir

29

Another advertisement

“Ukraynalı pilotlara F-16 qırıcılarını idarə etmək üçün təlimlər keçməklə, NATO münaqişə tərəfinə çevrilmir”

QafqazTürk xəbər verir ki, bu barədə NATO-nun baş katibi İens Stoltenberq bildirib.

Stoltenberq Ukraynanın özünümüdafiə hüququna malik olduğunu və bu işdə ona Şimali Atlantika Alyansının kömək etdiyini qeyd edir.

“Bunun təcavüzkar müharibə olduğunu unutmamalıyıq. Ukraynanın özünümüdafiə hüququ var və bu hüquq BMT Nizamnaməsində yazılıb. Biz Ukraynaya bu hüququ qorumaqda kömək edirik. BMT Nizamnaməsini və beynəlxalq hüququ onlara kömək etmək bizim haqqımızdır. Bu, NATO və ya NATO müttəfiqlərini münaqişə tərəfinə çevirmir, lakin biz Ukraynanı bu aqressiv müharibədə, Putinin qəddar hücumundan özünü müdafiə etməsini dəstəkləyirik” – deyə Stoltenberq açıqlayır.

Sonrakı yazı
İrakli Ğaribaşvili Qətər əmiri Şeyx Tamim bin Hamad bin Xəlifə El-Sani ilə görüşüb
Öncəki yazı
İlham Əliyev: “Bu il Avropaya təbii qazın ixracı…”