Another advertisement
NATO-nun baş katibi Yens Stoltenberqin daha bir il vəzifəsində qalacağı gözlənilir.
QafqazTürk.com xəbər verir ki,bu barədə alyansdakı mənbələrə istinadən məlumat yayılıb.
Bildirilir ki, hazırki baş katibin səlahiyyət müddətinin çərşənbə günü, iyunun 28-də uzadılması ehtimalı böyükdür.
Qeyd olunur ki, NATO diplomatları Stoltenberqin böhran vəziyyətlərində hərbi alyansı idarə etmək bacarığını vurğulayırlar. Onların fikrincə, baş katibin səlahiyyət müddətinin uzadılması vaxta qənaət edəcək və namizədlərin şəxsiyyətləri ilə bağlı debatlara qərq olmaq əvəzinə diqqəti Ukraynaya dəstəyə yönəldəcək.