Another advertisement
Stokholmda parlament binası yaxınlığında şəhər polisinin icazəsi ilə aksiya keçirilib.
QafqazTürk.com xəbər verir ki,bu barədə xarici mətbuat məlumat yayıb.
Məlumata görə, onun təşkilatçıları, əvvəllər analoji nümayişlərə görə barələrində nifrətin qızışdırılması maddəsilə artıq cinayət işi açılmış iraqlı miqrantlar Salvan Momika və Salvan Nəcəm Quranın bir neçə səhifəsini yandırıblar.
Bildirilir ki, Minttorget meydanına 20-si jurnalist olmaqla, 60-a yaxın insan toplaşıb. Yaxınlıqda dayanan müsəlmanlar aksiyaya etiraz ediblər. Onlardan biri “Kitab yandırmaq demokratiya deyil!”, – deyə bəyan edib.