This is a specific ad

Stano: Gürcüstanın Avropa İttifaqına daxil olması prosesi faktiki olaraq dayandırılıb

226

Another advertisement

Gürcüstanda “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanunun qəbulu xalqın hüquqlarını pozmaqla yanaşı, cəmiyyətdə diskriminasiyaya səbəb olacaq.

QafqazTürk Media xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrelin mətbuat katibi Peter Stano məlumat verib.

O bildirib ki, Avropa İttifaqı Gürcüstan hökumətini sözügedən sənədə yenidən baxmağa çağırır. Çünki Gürcüstanın Aİ-yə inteqrasiyasına mane olacaq sənədin müzakirəsi zamanı təmsil etdiyi qurumun rəyi soruşulmayıb.

Peter Stano ölkənin Aİ-yə üzvlüyü prosesinin faktiki olaraq dayandırıldığını xatırladıb və rəsmi Tbilisini yenidən bu siyasətin bərpasına çağırıb.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Soyuducu ilə zəng etmək mümkün olacaq – Yenilik
Öncəki yazı
Gürcü politoloq: Qərb tərəfindən Gürcüstanda seçkilərə neqativ müdaxilələr olacaq