This is a specific ad

Spiker: Gürcüstanda qeyri-şəffaf pul xərcləyən Avropa və Amerika fondları var

14

Another advertisement

ABŞ və Avropa fondları Gürcüstanda qeyri-şəffaf maliyyələşmə ilə siyasi partiyaları və radikal qruplaşmaları maliyyələşdirirlər.

QafqazTürk.com  xəbər verir ki, bunu parlamentin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında deyib.

Spiker sanksiyalarla bağlı təhdid və bəyanatların ciddi olmadığını, xarici fondların maliyyəsi ilə bağlı şəffaflığın təmin edilməli olduğunu vurğulayıb.

“Mən ilk növbədə hər kəsi Gürcüstanda öz maliyyəsinin aşkarlığını və şəffaflığını təmin etməyə çağırıram. Təəssüf ki, bu gün Gürcüstanda qeyri-şəffaf pul xərcləyən həm Avropa, həm də Amerika fondları var və məlum olur ki, bu pullar siyasi partiyaların, radikal qrupların maliyyələşdirilməsinə sərf edilir. Ona görə də hər kəsi demokratik prinsipləri rəhbər tutmağa və öz büdcəsindən xərclənən vəsaitin şəffaflığını təmin etməyə çağırıram”, – Papuaşvili qeyd edib.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Müdafiə naziri İrakli Çikova Azərbaycanda səfərdədir
Öncəki yazı
გარემოს ეროვნული სააგენტო მოსახლეობას აფრთხილებს: მოსალოდნელია წვიმა, ზოგან ძლიერი, ელჭექი, სეტყვა და ძლიერი ქარი