“SpaceX” daha 56 “Starlink” peykini orbitə çıxardı (VİDEO)

82

Another advertisement

“SpaceX” bazar günü “Falcon 9” raketi 56 “Starlink” internet peykini orbitə çıxarıb.

QafqazTürk bu barədə “SpaceX” kompaniyasına istinadən xəbər verir.

Bundan əvvəl “Falcon 9” raket daşıyıcısı Floridada “Starlink” internet peyklərinin başqa partiyası ilə orbitə buraxılmışdı. Buraxılış Kanaveral burnundan baş tutub. Buraxılışdan qısa müddət sonra reaktiv daşıyıcının birinci mərhələsi üzən platformaya enib.

“SpaceX” tvitində “56 “Starlink” peykinin orbitdə olduğu təsdiqlənib” deyilir.

“Starlink” dünyanın istənilən nöqtəsində genişzolaqlı internetə çıxışı təmin etmək üçün nəzərdə tutulmuş növbəti nəsil peyk şəbəkəsidir. Layihə 2018-ci ilin fevralında “SpaceX” tərəfindən işə salınıb.

Kateqoriya: Dünya
Sonrakı yazı
Alimlər mədəaltı vəzi xərçənginə qarşı peyvənd yaradıblar – RƏSMİ
Öncəki yazı
Türkiyədə seçki günü qadağaları:SİYAHI