Şoyqu:”ABŞ Ukraynaya kasetli bombalar versə, Rusiya da oxşar silahlardan istifadə etməyə məcbur olacaq”

0

ABŞ Ukraynaya kasetli bombaları tədarük edərsə, Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinə qarşı oxşar silahlardan istifadə etməyə məcbur olacaq.

QafqazTürk “APA”-a istinadəixəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib.

Onun sözlərinə görə, Rusiya Ukraynada müharibə zamanı kasetli sursatlardan istifadə etməkdən çəkinib və çəkinir.

“Vaşinqton Kiyevi kaset sursatları ilə təchiz etməyə başlayıb, çünki 155 kalibrli mərmilər əslində tükənib”, deyə Rusiya MN başçısı vurğulayıb.

Şoyqu Rusiyanın bütün hallarda kasetli bombalarla silahlandığını xatırladıb.

0
0
Sonrakı yazı
“Red Wings” Soçi-Tbilisi reysini həyata keçirib
Öncəki yazı
NATO ölkələri Çinin təhdidlərinə qarşı birgə işləməyə razılaşıblar – ƏTRAFLI