This is a specific ad

Şoyqu: ABŞ Mərkəzi Asiyada mövcudluğunu bərpa etməyə çalışır

87

Another advertisement

Rusiya hakimiyyəti ABŞ-ın Mərkəzi Asiyada mövcudluğunu bərpa etmək cəhdləri fonunda Qırğızıstan və Tacikistandakı hərbi bazaların döyüş hazırlığını artırmaq qərarına gəlib. 

QafqazTürk xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Yeni Dehlidə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) müdafiə nazirlərinin iclasında bildirib.

Onun sözlərinə görə, ABŞ “terrorla mübarizəyə kömək etmək bəhanəsi ilə regionda mövcudluğunu bərpa etməyə” çalışır. Onlar artıq Mərkəzi Asiya ölkələrindən hərbi infrastruktura ev sahibliyi etməyi xahiş ediblər və Rusiya belə bir addımı “ŞƏT məkanında sabitliyə birbaşa təhdid” kimi görür”, – Şoyqu bildirib.

“Biz öz tərəfimizdən Rusiyanın Qırğızıstan və Tacikistandakı hərbi bazalarının, eləcə də digər cavab qüvvələrinin mümkün çağırışlara qarşı döyüş hazırlığını artırırıq”, – deyə nazir bildirib.

İstinad: Qaynarİnfo, Rosbalt

Sonrakı yazı
Təbrizlilər: “Azərbaycan var olsun, istəməyən kor olsun!”
Öncəki yazı
Amerikalı jurnalist Donald Trampı məhkəməyə verir – Detallar