Şovidə təbii fəlakət zonasında ölənlərin sayı 21-ə çatıb.
QafqazTürk xəbər verir ki, bu barədə jurnalistlərə Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin rəhbəri Temur Mqebrişvili məlumat verib.
Temur Mqebrişvili qeyd edir ki, mövcud məlumatlara əsasən, təbii fəlakət zonasında 12 nəfərin axtarışı davam edir.
“Doqquz yerdə axtarış-xilasetmə əməliyyatları intensiv şəkildə davam edir. Biz artıq böyük bir ərazini yoxlamışıq. Vəziyyət bizim xeyrimizədir. Çay yatağı vasitəsilə biz yer boşaltmaq üçün kütləni çaya tökməyə çalışırıq. Temperatur yüksəkdir və müəyyən növ xəstəliklərin yaranma təhlükəsi var. Biz bütün tədbirləri görmüşük. Biz hər şeyi protokol çərçivəsində saxlamağa çalışırıq. Çayın yatağına 25 kilometrlik perimetrdə nəzarət edirik. Hazırda 12 nəfəri axtarırıq”, – deyə Temur Mqebrişvili bildirib.
Qeyd edək ki, avqustun 3-də Şovidə torpaq sürüşməsi baş verib.