Oni bələdiyyəsində, təbii fəlakət zonasında canlı qüvvə, ağır texnika və üzən vasitələrlə axtarış əməliyyatları fəal şəkildə davam etdirilir.
QafqazTürk.com xəbər verir ki,bu barədə Daxili İşlər Nazirliyi məlumat yayır.
Agentliyin məlumatına görə, axtarış ərazisi də genişləndirilib.
“Axtarış işlərinə cəlb olunmuş xilasedici qayıqlar vasitəsilə çayın və onun ətraf ərazilərinin aktiv monitorinqi aparılır.
İşlərə həmçinin polis bölmələri, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri və xilasediciləri, bir qrup kinoloq, Müdafiə Nazirliyinin və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin əməkdaşları cəlb olunub. Yerdə pilotsuz uçuş aparatları və xüsusi texnika işləyir”, – deyə məlumatda bildirilir.
İtkin düşmüş şəxslər barədə məlumatınız varsa, 112 nömrəsinə və ya 598 913 089 qaynar xəttinə zəng edin.